“Müsavat başqanlığına namizədliyimi istisna etmirəm” – Müsahibə

03.11.2018 - 11:37

 

 

 

 

 

 

Müsavat Partiyasının Divan üzvü, keçmiş siyasi məhbus Yadigar Sadıqlı feysbukda yazdığı statuslara görə polisə çağırılmışdı və xəbərdarlıq olunmuşdu. Y.Sadıqlı ilə həm polisə hansı statuslara görə çağırılması, həm Müsavat partiyasının fəaliyyəti ilə bağlı söhbətləşmişik. Müsahibəni təqdim edirəm:

 – Yadigar bəy, sizi konkret olaraq hansı statuslara görə polisə çağırmışdılar?

 –  İlham Əliyevlə əlaqəli iki status əsas idi. Birində robot Sofiyanın Azərbaycana gəlişi haqda yazmışdım, digəri isə türkmənbaşının ayağının altına sərilən xalça ilə İlham Əliyevin tarlaya gedəndə ayağının altına asfalt çəkilməsini müqayisə etmişdim.

 – Sizcə, bu şəxsinizlə bağlı məsələdir yoxsa ümumən feysbukda tənqid yazanlara qarşı prosesin başlanğıcıdır?

– Düzü, kampaniyanın birdəfəlik başladığını deməyə çətinlik çəkirəm. Ola bilsin ki, ilkin addımdır, yaxuda sırf mənə yönəlikdir. Amma ola bilər ki, bu, Lənkəran polisinin təşəbbüsü idi.

 – Sizdən həmin statusların silinməsi istənildi yoxsa bundan sonra yazacağınız statuslara “diqqət” yetirmək tələb olundu?

– Konkret demək çətindir ki, nəsə tələb olundu. Sadəcə, bunu diqqətimə çatdırdılar. Mən də dedim ki, diqqətimə çatdı.

Amma heç kəs qarşısında öhdəlik götürmürəm və söz azadlığı, eyni zamanda özünüifadə azadlığı müqəddəs bir dəyərdir, mən bu azadlıq üçün həyatımda bir çox şeyləri qurban vermiş adamam. Bundan sonra da ifadə azadlığını üstün tutacağam.

– Partiyanın qurultayı ilə bağlı soruşmaq istəyirəm. Səhv etmirəmsə, qurultayın vaxtı gecikir. Divan toplantısında qurultay barədə müzakirə olubmu?

– Düzdür, qurultay bir qədər gecikir, amma iş gedir. Təşkilat Komitəsi yaradılıb. Rayon təşkilatlarında yığınacaqlar keçirilir, qurultay nümayəndələri seçilir.

Təşkilatlarda iş yekunlaşandan sonra qurultayın nə vaxt keçiriləcəyi Təşkilat Komitəsində həll olunacaq.

 – Qurultayda başqanlığa namizədliyinizi irəli sürmək niyyətiniz varmı?

– İstisna etmirəm, bəy.

 –  Bu barədə müsavatçıların məlumatı varmı?

– İstisna etmirəm o demək deyil ki, artıq başqanlığa namizədliyimi irəli sürəcəyimə qərar verilib. Əgər qərar verilərsə, o zaman müsavatçılar da, ictimaiyyət də məlumatlandırılacaq. Təbii ki, bu halda müsavatçıların səsini qazanmaq lazımdır.

 – Başqanlığa namizədliyi nəzərdən keçirməyiniz hansı zərurətdən irəli gəlir: partiyanın son 5 ildəki fəaliyyəti sizi qane etmədi, ya daha yaxşı Müsavat görmək istəyirsiz yoxsa başqa səbəblər var?

– Əgər başqanlığa namizədliyimi irəli sürsəm, bu suala o zaman cavab verəcəyəm.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=124230

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930