Avropa Birliyi reformlara başlayır: böhran qorxusu

15.12.2018 - 11:29

Avropa Birliyi ölkələrinin liderləri Brüssel sammitində Avrozonanın maliyyə böhranlarından qorunması üçün reformlar paketini razılaşdırıblar.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Şurasının Prezidenti Donald Tusk deyib. Onun sözlərinə görə, tərəflərin bankların maliyyə sağlamlaşdırılması proseduru zamanı onların sığortalanması üçün birgə mexanizm yaradılması barədə razılaşıblar. Üstəlik, AB liderləri Avropa Stabilləşmə Mexanizminə (ESM) maliyyə böhranlarının qarşısının alınması və idarə edilməsi üçün geniş səlahiyyətlər veriblər.

Bundan sonra ESM ölkələrə krediti onların defolt təhdidiylə üz-üzə qaldığı zaman yox, daha tez veriləcək.

Almaniya kansleri Angela Merkel isə bank reformları ilə yanaşı liderlərin Avrozona büdcəsinin yaradılması təşəbbüsüylə də çıxış etdiyini bildirib:

“Bu, AB büdcəsinin bir hissəsi olacaq və Avrozona üçün gərəklidir. Belə bir büdcənin hədəfi rəqabət qabiliyyətini gücləndirmək və Avrozona ölkələrinin inteqrasiyasını artırmaq olacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=125570

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930