Abbas Musəvi: “Azərbaycan və İran arasında viza rejiminin ikitərəfli ləğvi məsələsi hökumətin gündəliyindədir”

14.12.2019 - 14:14

“İranın Dağlıq Qarabağla bağlı mövqeyi şəffafdır”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bu gün Şərqi Azərbaycan əyalətinə səfəri zamanı Təbrizdə keçirdiyi mətbuat konfransında deyib.

A.Musəvi bildirib ki, İran Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əməkdaşlıq etməyə hazırdır.

A. Musəvi qeyd edib ki, Azərbaycan Respublikası bölgədəki proseslərdə önəmli bir ölkədir və İranın dostudur: “Əlaqələrin inkişaf yollarından biri budur ki, iki ölkənin vətəndaşlarının qarşılıqlı səfərlərindəki mövcud maneələr aradan qaldırılsın. Biz öz tərəfimizdən bu xoş niyyəti göstərməyə çalışmışıq. Naxçıvan Muxtar Respublikası ilə ikitərəfli viza rejimini ləğv etmişik. Digər qonşu ölkələrlə də viza rejimini ləğv etmək üçün səylərimiz davam etdirilir”.

O deyib ki, Azərbaycan və İran arasında viza rejiminin ikitərəfli ləğvi məsələsi hökumətin gündəliyindədir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=138765

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930