Ermənistan rəhbərliyi ordusunda muzdlu döyüşçülərin olduğunu ört-basdır edə bilmir

07.11.2020 - 15:10

Ermənistan ordusu Azərbaycan ərazilərini heç vaxt öz qüvvəsi ilə işğal edə bilməzdi. Zaman-zaman şahidi olmuşuq ki, təcavüzkar ölkə həmişə havadarlarına arxayın olub və onların hesabına “böyük Ermənistan” dövləti yaratmaq iddiasını gerçəkləşdirmək istəyib. Onlar bu gün də bu iddialarından əl çəkmək istəmirlər. Ancaq qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə təcavüzkarın bütün arzusunu puç edib. Sentyabrın 27- də işğalçı Ermənistanın başladığı genişmiqyaslı təxribat və bununla da Azərbaycanın daha bir neçə yaşayış məntəqəsini işğal edəcəkləri xülyası ürəklərində qaldı. Ordumuz bu dəfə də təcavüzkarları darmadağın edir və 27 illik yurd həsrətinə son qoyur.

Musavat.com xəbər verir ki, bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Ç.Qənizadə deyib ki, muzdlu döyüşçüləri öz sıralarına daxil edən Ermənistan ordusu yenə də Azərbaycan Silahlı Qüvvələri qarşısında davam gətirə bilmir. Guya Azərbaycan Ordusunun muzdlu döyüşçülərdən istifadə etməsi barədə Ermənistan tərəfindən yayılan dezinformasiya da ifşa olundu. Dövlət başçımızın dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə muzdlu döyüşçülərin Azərbaycan Ordusunda deyil, Ermənistan tərəfindən vuruşduğu faktlarla öz əksini tapdı. Artıq dünya ictimaiyyəti erməni yalanlarına inanmır.

Ermənistan ötən əsrin 90-cı illərində olduğu kimi, muzdlu döyüşçülərdən və “diaspor könüllüləri”ndən savaşda istifadə praktikasını indiki müharibəyə də tətbiq etməkdədir. Dünyanın nüfuzlu nəşrlərində və sosial şəbəkələrdə bu barədə müxtəlif ölkələrdən müharibədə iştirak üçün Qarabağa gəlmiş döyüşçülərin öz dilindən xeyli informasiyalar var. “France 24”, “Reuters”, “Associated Press”, “Kommersant”, “Liberation” kimi nüfuzlu KİV-lərin bu barədə təqdim etdiyi materiallarda Ermənistan ordusunda muzdluların vuruşduğu qeyd edilir.

Ermənistan rəsmilərinin tez-tez Azərbaycanı Suriyadan və digər ölkələrdən muzdlu terrorçuları döyüşmək üçün Qarabağa gətirməkdə ittiham etməsində də əsas məqsədlərinin beynəlxalq ictimaiyyəti çaşdırmaq və “qabaqdangəlmişlik” etmək olduğu üzə çıxır. Məsələn, “France 24”də dərc olunmuş materialda 28 yaşlı Fransa vətəndaşı Sipan Muradyanın muzdla Xocavənd istiqamətində döyüşdüyü öz əksini tapıb. Bundan başqa, Fransadakı erməni diasporunun başqa üzvlərinin də nağd pul qarşılığında Azərbaycana qarşı döyüşlərdə iştirakı faktlarla təsdiq olunub. Təkcə Fransadan deyil, dünyanın müxtəlif ölkələrindən, Suriyada, Livandan erməni diaspor təşkilatlarının koordinasiyası əsasında həm erməni əsilli, həm də digər etnik mənsubiyyətləri olan xarici ölkə vətəndaşlarının Qarabağa gətirildiyi sübut olunub.

Bu günlərdə işğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binada baxış zamanı bəzi sənədli materiallar aşkarlanıb. Həmin materiallar təhlil olunarkən, onların arasında Suriya vətəndaşlarına aid siyahı və pasportların surətlərinin olduğu müəyyən edilib. Bu fakt bir daha təsdiqlədi k, Ermənistan ordusunda muzdlu döyüşçülər, əsasən də terrorçular o qədər də az deyil. Həmin araşdırma zamanı məlum oldu ki, siyahıda adları qeyd olunmuş 60 suriyalı erməni (cəmi 19 ailə) işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən aparılmış qanunsuz məskunlaşma prosesində Zəngilan rayonu ərazisinə köçürülüb. Bunu faktlar da təsdiqləyir: 02.05.1964-cü il təvəllüdlü, Suriya vətəndaşı, Suriyanın Haseke bölgəsinin sakini Baazo Hraj Sepob (pasport: 015-11-L021693), 12.11.1969-cu il təvəllüdlü, Suriya vətəndaşı, Suriyanın Hələb şəhərinin sakini İskandarian Hartion Avadis (Pasport: 004-11-L128622) və 01.01.1962-ci ildə Suriyada anadan olmuş, Ermənistan vətəndaşı Kirakos Babkin (pasport: AM 0709227) adına verilmiş pasportların kserosurətləri də aşkarlanıb.

Yeri gəlmişkən, böyük erməni icmasının məskunlaşdığı, terror yuvası kimi tanınan Livandan da Qarabağa döyüşməyə gələn muzdlular haqqında xeyli məlumat var. Livan vətəndaşı olan erməni əsilli opera müğənnisi Kevork Hacıyan döyüşlər zamanı ölüb. Livan parlamentinin deputatı, ermənilərin bu ərəb ölkəsində fəaliyyət göstərən ən böyük siyasi partiyasının sədri Akop Baqratunyan da Livandan Ermənistana və Dağlıq Qarabağa gedən muzdluların olduğunu gizlətməyib. Ermənistanda xaricdən gələn muzdlulara təlim keçən hərbçi Karapet Ağacanyan da hazırda təlim keçdiyi təkcə bir qrupda 20 Livan vətəndaşı olduğunu bildirib.

Uzun müddətdən bəri Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirən Ermənistan 2020-ci ilin sentyabr ayında xüsusilə Livandan olan ermənilərin bu torpaqlara köçürülməsi siyasətini həyata keçirməyə başladı. Sosial şəbəkələrdə Livandan olan ailənin Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik olan Şuşa şəhərində yerləşdirilməsi haqda məlumatlar yayılmışdı.

Azərbaycan tərəfi dəfələrlə vurğulamışdı ki, işğal olunmuş ərazilərdə həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir qüvvəsi yoxdur və Azərbaycan onun nəticələrini tanımır.

Faktlar da təsdiqləyir ki, bu gün Ermənistan rəhbərliyi muzdlu döyüşçülərdən yararlanır. Azərbaycanın isə buna ehtiyacı yoxdur. Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə və digər KİV-lərə müsahibəsində də bu barədə öz mövqeyini bildirib: “Bizə bizimlə birgə vuruşacaq əcnəbilər lazım deyil, çünki bizim 100 min nəfərdən ibarət nizami ordumuz var. Bizim müasir avadanlığımız var, bizim 30 ildir ki, işğaldan əziyyət çəkən motivasiyalı insanlarımız var. Biz hətta tam səfərbərlik belə elan etməmişik. Bizə döyüşdə əlavə insan lazım olsa, biz daha çoxlarını çağırarıq. Odur ki, bu, Azərbaycanı təcavüzkar kimi təqdim etmək üçün daha bir cəhddir və həmçinin onlara döyüş meydanında qalib gələn Azərbaycan Ordusunun potensialını azaltmaq üçün Ermənistanın cəhdidir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156983

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930