Erməni tərəfinin itkiləri ilə bağlı son rəqəmlər açıqlanıb
Qarabağda 44 günlük müharibə başlayandan bugünədək məhkəmə tibbi ekspertizası xidməti 3360 hərbçinin cəsədləri və ya qalıqları üzərində məhkəmə tibbi müayinələrini həyata keçirib.
Qazet.az xəbər verir ki, məlumatı Ermənistanın Səhiyyə naziri Arsen Torosyan verib.
Bildirilib ki, Qarabağ müharibəsi zamanı erməni tərəfinin itkilərinin son sayı hələ məlum deyil, indiyə qədər təxminən 2000 ad dərc edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=159266