Qazaxıstandan Rusiya ilə bağlı kritik qərar – “Məsələ həll olunanadək…”

12.03.2022 - 21:15

Qazaxıstanın “Qazaq Air” aviaşirkəti Rusiyaya uçuşları ləğv edib.

Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

Məlumatda uçuşların dünəndən etibarən dayandırıldığı bildirilib.

“Qazaq Air” sığorta şirkətindən Rusiyada və onun hava məkanında sığorta təminatının verilməməsi ilə bağlı bildiriş alıb. Bu vəziyyəti nəzərə alaraq, aviaşirkət Rusiya ərazisi üzərində sığorta təminatı məsələsi həll olunana qədər Rusiyaya uçuşlar həyata keçirə bilməz”, – məlumatda deyilib.

Bununla əlaqədar martın 12-də Novosibirskə uçan reys artıq ləğv edilib. Sərnişinlərə pulun geri qaytarılacağı vəd edilir.

İki gün əvvəl Qazaxıstanın digər aviaşirkəti “Air Astana” da Rusiyaya uçuşları dayandırdığını açıqlayıb. Uçuşların dayandırılmasına səbəb həm də Rusiya ərazisi üzərindən kommersiya uçuşlarının sığorta təminatının dayandırılması olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=171700

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930