Qarabağda termal sanatoriyalar yaradıla bilər

12.04.2022 - 14:05

“Bu gün Qarabağ bölgəsində termal sanatroiyların yaranması üçün hər cür şərait var”

Cumhuriyyet.az xəbər verir ki, bunu AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olan turizm məsələləri üzrə ekspert Rəhman Quliyev deyib.

O bildirib ki, Kəlbəcərdə, Zəngilanda bu kimi sanatoriyalar fəaliyyət göstərə bilər:

“Belə ki, “Kəlbəcərdə “İstisu”, Zəngilanda “Qotursu”, “Çinar” sanatoriyasının, Laçında, Şuşada olan sanatoriyaların ətrafında termal sanatoriyalar yaradıla bilər. Sovet dövründə bütün bu sanatoriyalar fəaliyyət göstərirdi. Təbii ki, böyük köç reallaşdıqdan sonra yaxın gələcəkdə, daha dəqiq desək yaxın 5 illikdə bunların hamısına baxılacaq. İnfrastruktur qurulmalıdır. Turist Azərbaycana gəlirsə, o ərazilərdə yaşayış yoxdursa, ora maraq göstərməz”.

“Bu gün dünyanın istənilən yerindən Azərbaycana gələn turist ölkədəki təhlükəsizlik məsələsini önəmli görür. Çünki ölkədə gecə saat 3-də belə turistlər sərbəst, təhlükəsiz hərəkət edə bilirlər. Bizə isə bir çox ölkələrdə axşam küçələrə çıxmamaq tövsiyə edilirdi”, – deyə ekspert qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=173358

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930