Sülhməramlılar Qarabağdakı iki postu TƏRK ETDİLƏR

05.05.2022 - 18:05

Qarabağda yerləşən Rusiya sülhməramlıları iki kənddəki nəzarət-buraxılış məntəqəsindən çıxıb.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Həmin nəzarət-buraxılış məntəqələrinin Xocavənddəki Sos və Xocalıdakı Xaçmaç kəndlərində yerləşdiyi bildirilir.

Məlumata görə, hər iki keçid məntəqəsi kənddaxili magistral yollarda yerləşirdi. Keçid məntəqələrində əsasən nəqliyyat vasitələri yoxlanılırdı.

“Hraparak”ın məlumatına görə, rusiyalı sülhməramlılar həmin kəndlərdə nəzarət-buraxılış məntəqəsi saxlamağı mənasız hesab edib, ona görə də onu söküb, başqa, daha hədəflənmiş ərazilərə köçüblər.

Qəzet məsələyə rəsmi şərh ala bilməyib. Həmin məntəqələrin hara köçürüldüyü, niyə söküldüyünə rəsmi aydınlıq gətirilməyib.

“Bütün rəsmi dairələr bu mövzudan danışmaqdan imtina etdilər”, – deyə “Hraparak” yazıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=174567

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031