Qriqoryan Ermənistan-Azərbaycan sərhədininin delimitasiyasından danışdı

02.06.2022 - 15:45

Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyada tərəflərin nümayəndələrinin sayı ciddi rol oynamır.

Cumhuriyyet.az xəbər verir ki, bu fikri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Nə üçün Ermənistan tərəfdən Azərbaycan tərəfdən olan nümayəndələrdən iki dəfə azdır” sualına cavab verərkən deyib.

Qriqoryanın qeyd etdiyi kimi, komissiya üzvləri mütəxəssislərlə müxtəlif formatlarda məsələləri müzakirə edirlər.

O, İrəvandakı brifinqdə deyib: “İşçi qrup danışıqlara əvvəldən hazırlaşır. Tərkib baxımından heç bir problem görmürəm”, – deyə Qriqoryan bildirib.

Moskvada keçiriləcək ikinci görüşə gəlincə, Armen Qriqoryan “təbii ki, orada da sərhədin delimitasiyası ilə bağlı məsələlər müzakirə olunacaq” söyləyib.

“Bu, birinci görüşün davamı olacaq. İşçi qruplar bu məsələdə irəliləyişin necə olacağını müzakirə edəcəklər”, – Təhlükəsizlik Şurasının katibi izah edib.

Qriqoryan deyib ki, iclasın dəqiq tarixi hələlik məlum deyil, baş nazirin müavini Mher Qriqoryan bu barədə məlumat olan kimi elan edəcək.

Xatırladaq ki, mayın 24-də Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin sərhəddə görüşü baş tutub. Bu, Qriqoryanla Mustafayev arasında delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının işi çərçivəsində ilk danışıqlar olub.

Mayın 25-də Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, gələn həftə Moskvada Ermənistan və Azərbaycanın sərhədlərin delimitasiyası üzrə komissiyalarının növbəti iclası keçiriləcək.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=176118

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031