Ramiz Mehdiyevdən ailəsi haqda danışan Misir Mərdanova SƏRT CAVAB

15.11.2022 - 12:10

“Dövlət başçısının fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının humanitar institutlarından ibarət akademiya quruldu və bura yeni prezident seçildi. Mən də seçkilərə şəxsən qatıldım və yeni prezidenti təbrik etdim. AMEA-nın digər institutuları isə Elm və Təhsil Nazirliyinə bağlıdır. Məncə, bu istiqamətdə işlər davam edəcək”.

Cumhuriyyet.az reyting.az-a istinadən xəbər verir ki, bunu keçmiş təhsil naziri Misir Mərdanov deyib.

Onun sözlərinə görə, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev bir müddət bu elm ocağında prezident vəzifəsini daşıyıb, lakin bu müddətdə heç bir inkişaf və irəliləyiş baş verməyib. M. Mərdanov iddia edir ki, R. Mehdiyev AMEA-nı geriyə sürükləyib. M. Mərdanov əlavə edib ki, R. Mehdiyevin qabiliyyəti ancaq buna çatardı:

“Hamı bunu bilir, o cümlədən də mən. Yeri gəlmişkən, bir zaman mən rəsmi şəkildə onu tənqid etmişəm. Ramiz Mehdiyev Azərbaycan üçün heç vaxt xeyir gətirəsi şəxs olmayıb. Hətta Prezident Administrasiyasında işlədiyi dövrdə də. Mən onu çox yaxşı tanıyıram. Əvvəl Mərkəzi Komitənin katibi olub. Amma heç bir vaxt Azərbaycana xeyir verməyib. Bilirsinizmi, onun ailəsi belə azərbaycanlı deyil. Ondan nə gözləyəsən?”

Sabiq nazir diqqətə çatdırıb ki, R. Mehdiyev dəfələrlə ona problem yaratmağa çalışıb: “Söhbət dəfələrlədən gedir. Bəli, problem yaradıb və buna nail olub”.

M. Mərdanov qeyd edib ki, Ramiz Mehdiyev AMEA-ya prezident gələn gündən onunla əks cəbhədə olub.

Ramiz Mehdiyevin sabiq təhsil naziri Misir Mərdanovun onun haqqında səsləndirdiyi fikirlərə cavabı isə gecikməyib.

O, “Unikal”a açıqlamasında bunları deyib: “Bilirsiniz, mən bu məsələlərə cavab vermək istəmirəm. Çünki, o, buna layiq olan adam deyil”, – deyə o qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=184812

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930