Azərbaycan kəndləri nə vaxt qaytarılacaq? – İLGİNC AÇIQLAMALAR

27.03.2024 - 12:31

Hakim “Mülki müqavilə” fraksiyasının deputatı Lilit Minasyan bildirib ki, sərhəd delimitasiyası komissiyaları Tavuş bölgəsindəki ərazilərin (Azərbaycanın işğal altındakı kəndləri – red.) qaytarılması prosesinin necə baş verəcəyi ilə bağlı sənədlər mübadiləsi aparır.

Musavat.com-un məlumatına görə, bu barədə “Azatutyun” xəbər yayıb.

Paşinyanın onlarla görüşdə konkret qaytarılma tarixi barədə danışıb-danışmadığını soruşduqda deputat cavab verib ki, vaxt açıqlanmayıb.

“Paşinyan fraksiya ilə görüşdə vaxtlarının az olduğunu deyibmi”, sualına deputat belə cavab verib: “Mən bu ifadəni həqiqətən xatırlamıram, amma özüm bu sahəni araşdırıram və hansı tektonik hərəkətlərin baş verdiyinə baxıram. Hesab edirəm ki, bizim illərimiz var və biz müəyyən illər ərzində bu problemi həll edə biləcəyik”.

3-cü Ordu Korpusunun bu ərazilərdən çıxarılmasının müzakirə edilib-edilməməsi ilə bağlı suala gəldikdə, Lilit Minasyan cavab verib ki, bu məsələ hələ də müzakirə olunur.

“Hər hansı hərəkətin olacağını dəqiq deyə bilmərik. Bütün bunlar hələ danışıqlar mərhələsindədir”, – deyə deputat qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199579

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930