Samir Şərifov Cahangir Hacıyevi necə və niyə bitirdi?

25.06.2015 - 01:03

samir şərifovBeynəlxalq Bank ətrafında baş verənlərlə İstiqlal.az-a ilginc məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, əslində Cahangir Hacıyevin hədəfə gəlməsi maliyyə naziri Samir Şərifovla onun arasında baş verən konfliktin təzahürüdür.

Uzun müddətdir ki, Beynəlxalq Banka tam nəzarəti ələ keçirmək istəyən Samir Şərifovun Cahangir Hacıyevlə bağlı ölkə başçısına hansısa faktlar təqdim etdiyi bildirilir. Baş verənlər də əslində bu faktların araşdırılmasıdır. Həticədə isə Beynəlxalq Bankın kreditləri hesabına yaradılan və qeyri-neft sektoruna aid olan müəssisələrə ciddi zərbə dəyib.

Məlumat üçün deyək ki, Beynəlxalq Bankla bağlı “kredit qalmaqal”ı Cahangir Hacıyevin nəzarətində olan “Şəki İpək”, “Bakfem”,(fındıq emalı zavodu) “BOT” (bu müəssisə ayaqqabı istehsal edir), o cümlədən tütün istehsalı ilə məşğul olan müəssisələrin faktiki olaraq fəaliyyətinin dayandırılmasına səbəb olub.

Beləliklə, Samir Şərifov öz iddialarına görə faktiki olaraq qeyri-neft sektorunun əhəmiyyətli hissəsini sıradan çıxarıb. İddia olunur ki, Samir Şərifovun Cahangir Hacıyevə savaş açmasının kökündə isə baş nazirlik uğrunda mübarizə dayanır. Bildirilir ki, son vaxtlar Beynəlxalq Bankın kreditləri hesabına xeyli müəssisələr yaradan, hakimiyyətdə müəyyən qədər nüfuzu olan Cahangir Hacıyevin baş nazir Artur Rəsizadənin postuna təyin edilməsi bağlı hakimiyyət dəhlizlərində müzakirələr gedirmiş.

Baş nazirliyə iddialı olan Samir Şərifov isə bunun qarşısını almaq üçün bankirə savaş açıb. İlham Əliyevlə sinif yoldaşı olması, eyni zamanda baş nazirliyə iddialı olan hakimiyyətdəki digər iri fiqurlar da və Cahangir Hacıyevin rəqib kimi sıradan çıxarılmasına maraqlı olduqlarına görə Samir Şərifova dəstək verməsi İlham Əliyevin ona təqdim edilən hesaba inanmasını və faktların araşdırılması barədə göstəriş verməsini şərtləndirib. Lakin Cahangir Hacıyevin də bu savaşda geri çəkilməyəcəyi bildirilir. Bankirin də əlində olan faktlarla ona qarşı tələ qurulduğunu sübuta yetirməyə hazırlaşdığı deyilir.(istiqlal.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27181

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930