Avropadan Ermənilərə ard-arda iki Qarabağ silləsi

10.07.2015 - 00:33

ermeniazDünən Avropanın ayrı-ayrı məkanlarında Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının işğalı ilə bağlı iki mühüm sənəd qəbul olunub. Bunlardan biri ATƏT-in Parlament Assambleyası (PA), digəri Almaniya hökuməti tərəfindən qəbul olunub.
ATƏT-in Parlament Assambleyası (PA) iyulun 5-9-da keçirilən Helsinki sessiyasının nəticələri üzrə yekun bəyyanamə qəbul edib. Bu barədə Trend ATƏT-in saytına istinadən məlumat verir. Bəyannamə münaqişələr nəticəsində qaçqın və məcburi köçkün olmuş Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna əhalisinin təhlükəsizliyin və şərəf və ləyaqətə hörmətin təmin edilməsi şərtilə evlərinə qayıtmasının ayrılmaz hüquqları olduğunu bir daha təsdiq edir. Həmçinin bu fəaliyyətlərin həyata keçirilməsi üçün lazımi şəraitlərin yaradılmasının zəruriliyi vurğulanır.
Yekun bəyannamənin 4-cü maddəsində ATƏT regionunda həlli uzanan münaqişələrin sülh və danışıqlar yolu ilə nizamlanması üzrə səylərin fəallaşdırılmasının, güc tətbiqindən çəkinməyin və ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşılmanın zəruriliyi qeyd edilir.
Bəyannamə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada münaqişələrin bu ölkələrin bütün əhalisi üçün sabit, firavan və demokratik gələcəyin təmin edilməsi məqsədilə Helsinki Yekun Aktının və beynəxalq hüququn prinsiplərinə riayət etməklə uzunmüddətli sülh yolu ilə həllinin axtarışı üzrə səyləri dəstəkləyir.
Yekun bəyannamə münaqişənin toxunduğu bütün tərəfləri, o cümlədən Azərbaycana da toxunan münaqişələrin hərtərəfli və siyasi nizamlanmasına nail olmaq naminə, xüsusilə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə aid beynəlxalq norma və prinsiplər əsasında danışıqlar yolu ilə həlli axtarışlarında xoş niyyətlə iştirak etməyə çağırır.
Xatırladaq ki, ATƏT-in Parlament Assambleyasının iyulun 7-də Helsinkidə keçirilən yay sessiyasında Milli Məclisin deputatı, Assambleyanın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyevin hazırladığı “ATƏT regionunda dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə sadiqlik” adlı qətnamə qəbul edilib. Qətnamədə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada mövcud olan münaqişələrin yalnız beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də həmin dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi vurğulanır. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsinin, münaqişələr nəticəsində məcburi köçkün düşmüş insanların doğma yurdlarına qeyd-şərtsiz qaytarılmalarının zəruriliyi qeyd edilir. 19 maddədən ibarət qətnamədə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri dəstəklənir.
Bundan başqa Almaniya Federal Respublikası (AFR) Ermənistanı işğalçı kimi tanıyıb. Belə ki, publika.az “Vesti Kafkaz” saytına istinadən xəbər verir ki, bu barədə fikirlər AFR hökumətinin 11-ci hesabatında yer alıb. “Ermənistan beynəlxalq hüquqa əsasən Azərbaycana aid olan Dağlıq Qarabağ və digər ərazilərdə insan hüquqlarının vəziyyətinə görə məsuliyyət daşıyır. Bu ərazilər 1994-cü ildə atəşkəs müqaviləsi imzalanandan bu yana Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarıdır. Bu gün yüz minlərlə azərbaycanlı məcburi köçkün bu rayonlara qayıda bilmirlər”, – deyə hesabatın 204-cü səhifəsində qeyd olunub.
Hesabatda açıq şəkildə bildirilir ki, Almaniyanın Xarici İşlər Nazirliyi erməni tərəfinin inadla təqdim etdiyi “Qarabağ dövlət quruluşu” haqda miflərə inanmır. Rəsmi Berlin yaxşı bilir ki, işğal olunmuş ərazilərdə insan haqlarının vəziyyətinə qondarma “DQR” yox, məhz Ermənistan məsuliyyət daşıyır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27908

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930