Ərdoğan Bakıya gəlməyəcək – Gəncəni seçdi

11.02.2016 - 16:18

ilham-erdoqanTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 18-də Azərbaycana səfəri Gəncə şəhərindən başlayacaq.

Publika.az-ın diplomatik mənbədən əldə etdiyi məlumata görə, Türkiyə prezidentinin Bakıya səfəri gözlənilmir.

Səfər çərçivəsində R.T.Ərdoğan Gəncədə keçiriləcək Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasında iştirak edəcək.

Əldə etdiyimiz digər məlumata görə, Rəcəb Tayyib Ərdoğan Azərbaycana 10-a yaxın nazir və ya yüksək vəzifəli şəxslə gələcək. Səfərin bir gün davam edəcəyi gözlənilir.

Xatırladaq ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının son iclası 2015-ci il yanvarın 15-də Ankarada keçirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=53244

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930