Qarabağda növbəti APREL MÜHARİBƏSİ: qaçan ermənilər, azad ediləcək YENİ ƏRAZİLƏR – VİDEO

19.02.2017 - 09:48

Qarabağda ən yaxın zamanlarda yeni müharibə başlaya bilər. Ehtimal ki, bu apreldə olacaq”.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə erməni politoloq Riçard Kirakosyan deyib.

Onun sözlərinə görə, Qarabağ ətrafında son danışıqlarda “Lavrov planı” müzakirə olunurdu: “Hansı ki, bu ərazilərin qaytarılmasını nəzərdə tuturdu. Rusiya və Azərbaycan Ermənistan olmadan bu məsələdə razılaşmışdılar. Ümumiyyətlə Rusiyanın əsas məqsədi Qarabağa öz sülhməramlılarını yerləşdirməkdir. Bu gün Qarabağ münaqişəsi ətrafında diplomatiya dalana dirəndi və çox təhlükəli vəziyyət yarandı. Bu, yaxın günlərdə yeni müharibənin başlanmasına işarədir. Güman ki, yeni müharibə apreldə başlaya bilər. Yeni müharibə olarsa, Azərbaycan daha çox ərazi əldə edəcək”.

Erməni politoloq qeyd edib ki, Azərbaycanı bundan sonra heç bir qüvvə saxlaya bilməyəcək.

“İndi Ermənistan üçün daha təhlükəli vəziyyət yaranıb. ABŞ-da Donald Tramp prezident seçiləndən sonra dünyada da bir çox şey dəyişib. Trampın dövründə bizim üçün hər şey daha da pis ola bilər. Biz yalnız ona ümid etməliyik ki, Tramp Cənubi Qafqaza diqqət yetirməsin. Lakin bu gün deyə bilmərik ki, Tramp bu regionu tamamilə Putinə verib. Buna görə də vakuum yaranacaq və ilk növbədə Rusiya hərəkətə keçəcək. Rusiya Qarabağ məsələsində liderliyini qorumaq üçün addımlar atacaq və Putin münaqişənin öz nəzarəti altında həllinə tələsəcək”, – deyə o bildirib.

Qeyd edək ki, Ermənistan son günlər cəbhədə təxribat addımlarına əl atır. Lakin Azərbaycan Ordusu düşmənin bütün cəhdlərinə cavab verməklə yanaşı, bir neçə diversiya qrupunu da məhv edib. Azərbaycan Müdafiə Nazirliyinin erməni diversiya qrupunun məhv edildiyini əks etdirən videogörüntüləri yaymasından sonra Ermənistanda ciddi təşviş yaranıb.

Bu arada, son günlər Ermənistanı tərk edənlərin sayı da xeyli yüksəlib.

“Epress.am” yazır ki, ölkəni tərk edənlərin sayının artmasının bir səbəbi sosial vəziyyətin ağır olmasıdır.

“Lakin digər səbəb cəbhədə yaranmış gərgin vəziyyətdir. Erməni xalqı aprel döyüşlərini unutmayıblar və daha istəmirlər ki, hakimiyyət öz sərvətini qorumaq üçün onları yenidən ölümə göndərsin”, – deyə sayt bildirir.

Asif Publika.az 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88624

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930