Bir milyonluq qoşunla… – Sabiq məsləhətçi Putinin İŞĞAL TAKTİKASINI AÇIQLADI

20.02.2017 - 13:36

“Krımın zəbtindən sonra Rusiya prezidenti Vladimir Putin Ukraynaya birbaşa müdaxiləyə qərar vermədi. Çünki “rus baharı” Donbas və cənub regionlarınin sakinləri tərəfindən geniş dəstəklənmədi”.

Bunu “Apostrof” nəşrinə müsahibəsində Rusiya prezidentinin keçmiş məsləhətçisi Andrey İllarionov deyib.

“Üsyan” Ukraynanın şərqində və cənubunda o qədər müvəffəqiyyətli olmadı. Moskva ümid edirdi ki, “Novorossiya”nın yaradılması üçün tək mümkün alət birbaşa müdaxilədir. Həmin vaxt belə görünürdü ki, Putin silahlı qüvvəni açıq şəkildə tətbiq etməyə hazırdır. Ancaq bu baş vermədi”, – İllarionov qeyd edib.

O vurğulayır ki, Rusiya-Ukrayna sərhədində 50 min hərbi qulluqçunun cəmlənməsindən sonra açıq müdaxilənin planlaşdırılmadığı məlum oldu:

“Bu qoşunlar tamamilə kifayət etmirdi. Cənubi və Şərqi Ukraynanın tutulması üzrə geniş əməliyyatlar aparmaq üçün təxminən 1 milyon insan lazımdır. Təəssüf ki, peşəkar hərbi mütəxəssis olmayan bir sıra müşahidəçilər Rusiya-Ukrayna sərhədində 50 min hərbiçinin cəmlənməsini açıq müdaxiləyə hazırlıq kimi qəbul etdi. Diqqəti ona yönəldək ki, Putin hərbi əməliyyatların maksimal maskalanmasını təmin edir. 2008-ci ilin avqustunda Gürcüstana müdaxilə məxfilik altında baş verdi. Putinin Krım əməliyyatını planlaşdırmasını, silahlı qüvvələrin konsentrasiyalarını Amerika kəşfiyyatı da daxil olmaqla, heç kəs aşkar etmədi. Əgər Putin qoşunları göstərirsə, bu, ehtimal ki, şantaj üçündür, real hərbi əməliyyatın keçirilməsinə hazırlıq deyil”.

Cumhuriyyet.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88742

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031