İrəvanın “İsgəndər” nağılı bitir: Azərbaycan raket komplekslərini ala bilər

24.02.2017 - 13:59

Rusiya Azərbaycana “İsgəndər” raket komplekslərini sata bilər.

Publika.az  xəbər verir ki, bunu məşhur Rusiya hərbi eksperti Aleksey Leonkov FAN agentliyinə müsahibəsində deyib.

“Azərbaycan hakimiyyəti “İsgəndər” operativ-taktik raket kompleksinin Ermənistana çatdırılmasına görə narahat olmamalıdır. Azərbaycanla hərbi-texniki əməkdaşlıq üzrə proqram kifayət qədər genişdir. Heç kəs Azərbaycana Rusiyaya müraciət etməyi və Moskva ilə bu və ya digər silahların alınması üzrə müzakirələr aparmağı qadağan etmir. Bu, həmişə danışıqların predmetidir”, – deyə hərbi ekspert bildirib.

Onun sözlərinə görə, Azərbaycan nəyi istəyibsə, Rusiyadan sifariş edib:

Azərbaycan bizdən başqa, İsrail və digər ölkələrdən silah sifarişi edir. O sərbəst siyasət həyata keçirir, biz onlara hansısa silahların alınmasında nəyisə məsləhət görə bilmərik”.

Ermənistanın müdafiə naziri Vigen Sarkisyan iki gün əvvəl “RİA-Novosti” agentliyinə müsahibəsində “İsgəndər” raket komplekslərindən danışıb. O, ötən il Rusiya tərəfindən verilmiş “İsgəndər” raket komplekslərinin Ermənistan silahlı qüvvələrinə aid olduğunu və onları xüsusi hazırlıq keçmiş erməni zabitlərin idarə etdiyini deyib.

Qeyd edək ki, “İsgəndər” raket kompleksi ilk dəfə ötən il sentyabrın 21-də Ermənistanın müstəqilliyinin 25 ildönümünün şərəfinə İrəvanda keçirilən hərbi paradda nümayiş etdirilib. Ancaq, bəzi məlumatlara görə, onlar Ermənistan ordusunun silahlanmasına daha əvvəl daxil edilib və ötən ilin aprelində Dağlıq Qarabağda “dördgünlük müharibə” zamanı döyüş hazırlığı vəziyyətinə gətirilib.

Daha sonra bəzi KİV-lər iddia etdilər ki, raket kompleksləri əvvəlki kimi Rusiyaya aiddir.

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov fevralın 11-də “RİA Novosti” agentliyinə verdiyi müsahibəsində Ermənistandakı “İsgəndər” raket komplekslərindən danışıb. Nazir qeyd edib ki, Ermənistanda Rusiyaya məxsus “İsgəndər” raket komplekslərinin kodlarının kimdə olması məsələsi açıq qalıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=89029

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930