Avropa qan gölünə çevriləcək, 4 ölkə… – TRAMPA XƏBƏRDARLIQ

25.03.2017 - 01:40

Avropa İttifaqı dağılacağı halda Balkan regionunda müharibə başlana bilər.

Publika.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker “Financial Times” nəşrinə müsahibəsində danışdı.

Yunkerin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın Böyük Britaniyanın Avropa İttifaqından çıxışına dəstəyi təəccüb və narahatlığa səbəb olur. Avropalı məmur hesab edir ki, ABŞ prezidenti postunu tutan biznesmen Avropanın mürəkkəb tarixi ilə az tanışdır.

O həmçinin bildirib ki, Brüsselə səfərinin gedişatında Avropa İttifaqının dağılmasının mümkün nəticələri haqqında ABŞ-ın vitse-prezidenti Mayk Pensi xəbərdar edib.

“Başqa ölkələri Avropa İttifaqından çıxmağa dəvət etmək lazım deyil. Çünki əgər Avropa İttifaqı dağılacaqsa, Balkanın qərb hissəsində yeni müharibə başlanacaq”, – Avropa Komissiyasının başçısı bildirib.

Onun fikrincə, region ölkələri Avropa İttifaqına üzvlük perspektivini nümayiş etdirməlidir. Jan-Klod Yunker hesab edir ki, əks təqdirdə Balkan dövlətləri – Bosniya və Herseqovina, Serbiya, Makedoniya və Albaniya arasında müharibə alışa bilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=91102

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930