Ərdoğanın erməni kilsəsinə məktubuna Bakıdan reaksiyalar

26.04.2017 - 09:56

“Ərdoğanın erməni kilsəsinə məktubuna siyasi don geyindirilməməlidir”

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qondarma “erməni soyqırımı”nın 102 illiyi ilə bağlı 24 apreldə ölkəsindəki erməni kilsəsinin başçısı Aram Ateşiyana göndərdiyi məktub bütün türk dünyasında, o cümlədən Azərbaycanda rezonans doğurub. Şübhəsiz ki, məktub birmənalı qarşılanmayıb.

Məktub barədə “Report” “Habertürk”ə istinadən xəbər verib.
“XX əsrin əvvəlində Osmanlı ərazisində həyatını itirən erməniləri bir daha yad edirəm. I Dünya müharibəsində çətin şərtlər daxilində həyatını itirən milyonlarla Osmanlı vətəndaşına Allahdan rəhmət diləyirəm. Ölkəmizdəki erməni icmasının əmin-amanlığı, təhlükəsizliyi və firavan yaşaması bizim üçün çox əhəmiyyətlidir. Erməni vətəndaşımızın özünü ikinci sort hiss etməsi tərəfimizdən qəbuledilməzdir”, – deyə, Türkiyə prezidenti bildirib.
Bu məzmunlu məktubu doğru addım sayanlar da var, buna əks mövqedə olanlar da.
VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı da müraciətin dolayısı ilə əleyhinədir: “Bu faciə türklərin faciəsi olub və rusların silahları ilə silahlanan ermənilərin əli ilə törədilib. 2 milyondan artıq türk öz həyatını itirib. Ermənilər köçürülüb, amma ölkənin bir tərəfindən digər tərəfinə sağ-salamat köçürülüblər. Onların itkiləri türklərin itkisindən qat-qat az olub. Türk tarixinin ən ağır səhifələrindən biridir. O səhifə araşdırılmalıdır. Bu gün Anadoluda açılmamış onlarla toplu məzarlar var. Amma ermənilərin bir dənə də olsun ki, belə məzarları yoxdur. Türk vətəndaşları ola-ola ruslara kömək etdiklərinə görə ölkənin içərilərinə köçürülüblər. Müharibə etmiş bir çox ölkələr bu təcrübədən keçiblər. Getdikcə ermənilər həmin dövrdəki itkilərinin sayını artırır və hətta milyondan çox olduğunu indi deyirlər, halbuki orada bu qədər erməni ölməyib. Amma Ərdoğanın indi milyonlarla Osmanlı vətəndaşının həyatını itirdiyini deməsini düzgün saymıram. Səhəri gün ermənilər Osmanlı vətəndaşı kimi deyil, milyonlarla erməninin öldüyünü deyəcəklər və Ərdoğanın da bunu etiraf etdiyini bildirəcəklər. Ona görə bu, sürüşkən bir bəyanatdır. Daha dəqiq, nə qədər erməni və türkün həyatını itirdiyi deyilməlidir. Sübut olunmalıdır ki, ermənilər öz dövlətlərinə xəyanət etdiklərinə görə köç məcburi idi.

Image result for Sabir Rüstəmxanlı

 

Müharibə şəraitində hər kəs öz xəyanətinin cəzasını çəkir, burada türklərdə heç bir günah yoxdur. Bunlar aydınlaşmadığına görə sonda bu bəyanat bəzi problemlər yarada bilər. Türkiyə rəhbərinin ölkəsindəki ermənilərlə xoş münasibətlərin qurulması ilə bağlı dediklərini başa düşürəm, o dövrlə bağlı hadisələrə aydınlıq gətirmək niyyətini də anlayıram. Lakin ermənilərin heç bir niyyətlərindən geri çəkilmədikləri göz önündədir. Anadolu torpaqlarının ermənilərin olduğunu deyirlər, ”soyqırım” iddiasından geri çəkilmirlər. Ona görə bu gün belə məktublar yalnız problemlər yarada bilər. Bu addım dünyaya da hesablanıb. Amma unutmaq olmaz ki, dünyaya hesablanmış bu cür addımlarda öz ölkəni də pis vəziyyətə salmamalısan. İndiyə qədər Türkiyə dünyaya hesablanmış çox addımlar atıb. Lakin münasibət dəyişmir. Ölkənin daxilində vətəndaş həmrəyliyi qorunmalı, millətlə dövlət arasında birlik olmalıdır”.

Image result for AĞ Partiya başqanı Tural Abbaslı
AĞ Partiya başqanı Tural Abbaslı isə bu məktuba siyasi don geyindirməyi doğru saymır: “Əslində bu başsağlığına xüsusi siyasi don geyindirmək doğru deyil. Bu hadisə daha çox insani və mənəvi məsələdir. Faktdır ki, I Dünya müharibəsində ölən ermənilər Osmanlı vətəndaşları olublar. Ümumiyyətlə, bu dünya müharibəsində hər millətdən kifayət qədər həlak olanlar vardı. Həm də diqqət etsəniz görərsiniz ki, məktub ”soyqırım” iddiasında olan Ermənistan rəhbərliyinə deyil, Türkiyədəki erməni kilsəsinin rəhbərinə ünvanlanıb. Yəni bu məsələni o məsələ ilə əlaqələndirmək qəti doğru deyil. İndi belə çıxır ki, sabah Ərdoğan 1-ci Dünya müharibəsində həlak olan albanlara, kürdlərə, ərəblərə, lazlara başsağlığı versə, onları da satqın kimi tanıyır? Bir də Türkiyə dünya dövləti olmağa iddialıdır, odur ki, belə mənəvi məsələlərə artıq prosedur qayda kimi baxmaq lazımdır. Türkiyə Cümhuriyyəti Osmanlı varisliyinə iddialı dövlətdir. Heç kim inkar etmir ki, Osmanlı dövründəki hadisələrdə ora vətəndaşları olan ermənilər ölməyib. “Soyqırım” tam ayrı bir şeydir. Bu hadisələrdə günahlı ölənlər də var, günahsız da. Qarışıqlıq, fitnə-fəsad vaxtı canlarını itirən öz vətəndaşlarına başsağlığı vermək nə vaxtdan “soyqırımı” qəbul etmək sayılır? Bu amillərə görə məsələyə başqa aspektdən yanaşmaq daha doğrudur. Düzdür, bu məsələdə bəzi siyasi amillər ola bilər, yəni daxildəki ermənilərə və xaricə hesablana bilər. Siyasətdə bu cür halların çox şahidi oluruq. Amma əsas mahiyyət bu ola bilməz”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=93120

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930