Hacı Elçin Manafov polis tərəfindən saxlanılıb

22.06.2017 - 15:39

“Maarifçiliyə Dəvət” İctimai Birliyinin sədri Elçin Manafov polis tərəfindən saxlanılıb

Bu barədə HEDEF14.az-a onun yaxınları tərəfindən məlumat verilib.

Məllumatda bildirilir ki, ruhani bu gün səhər saatlarında saxlanılıb.

Xatırladaq ki, ailəsi hacı Elçin Manafova dünən zəng edildiyini və hansısa güc strukturuna çağırıldığını bildirib.

Hadisənin Ramazan ayının son cümə günü ilə əlaqədar ola biləcəyi ehtimal edilir.

Belə ki, Ramazan ayının son cümə günü bütün dünyada Beynəlxalq Qüds Günü kimi qeyd edilir və zülmə etiraz, məzlumlara dəstək məqsədilə müxtəlif tədbirlər, aksiyalar keçirilir.

Azərbaycanda da analoji hadisələr öncəki illərdə baş verib və Qüds Günü əsasən İsrail səfirliyi qarşısında etiraz aksiyaları keçirilməsilə müşahidə olunub.

Qeyd edək ki, əməkdaşımız hacı Elçin Manafovla əlaqə saxlamağa çalışsa da telefonuna zəng çatmadı.

cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=95292

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930