Xanım general kimləri və niyə dinlətdirib – TƏFƏRRÜAT

21.07.2017 - 19:23

Ləğv edilmiş MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Musavat.com xəbər verir ki, cinayət işi Bakı Hərbi Məhkəməsinin sədri, hakim Həbib Həsənovun sədrlik etdiyi kollegiyada Sabunçu rayon Məhkəməsinin inzibati binasında araşdırılıb.

Məhkəmə prosesi qapalı keçirilib. İclasda sahibkarlar və digər vətəndaşların qanunsuz dinlənilməsi epizodu üzrə sabiq MTN və DTX əməkdaşları ifadə veriblər. Zərərçəkmiş şəxslər bu iş üzrə həbsdə olan MTN-çiləri tanımadıqlarını deyiblər.

Dinləmə epizodları digər cinayət işi üzrə təqsirləndirilən generallar – Akif Çovdarov və Elçin Quliyevlə bağlı olub. İttihamda yazılır ki, zərərçəkmişlər bu iş üzrə təqsirləndirilən Teymur Quliyev və Natəvan Mürvətovanın idarəsi tərəfindən dinlənilib. Buna görə də həmin şəxslər bu prosesdə də dindiriliblər.

Məhkəmənin növbəti iclası iyulun 27-də davam etdiriləcək.

İttihama görə, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri – Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

Dəstə üzvləri sahibkarlara psixi və fiziki zorakılıq göstərməkdə, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə külli miqdarda pul tələb etməkdə ittiham edilirlər.

cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=97099

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930