15 yaşlı idmançı Rusiyaya ilk qızıl medalı qazandırdı

23.02.2018 - 11:45

Rusiyalı fiqurlu konkisürən Alina Zaqitova Pyanqçanqda keçirilən Olimpiya Oyunlarında qadınlar üzrə fiqurlu konkisürmə yarışında çempion olub.

Oxu.Az xəbər verir ki, 15 yaşlı idmançı sərbəst proqramı mükəmməl şəkildə yerinə yetirərək, 239,57 bal toplayıb.

Digər rusiyalı idmançı Yevgeniya Medvedyeva isə 238,26 balla gümüş medalın sahibi olub. Fəxri kürsüdə son yeri (bürünc medal) – 231,02 bal toplamış kanadalı idmançı Ketlin Osmond tutub.

Fevralın 21-də təqdim olunan proqramda milliyyətcə udmurt olan Alina Zaqitova üstün olub. O, dünya rekordunu təzələmiş Medvedyevadan sonra buz üzərinə çıxaraq, həmyerlisinin nəticəsini təzələməyi bacarıb. Zaqitova hakimlərdən 82.92 bal alıb.

Bu, rusiyalı atletlərin Olimpiyada qazandığı ilk qızıl medal sayılır. Rusiya Olimpiya atletləri komandasının aktivində buna qədər beş gümüş və səkkiz bürünc mükafat olub.

Qeyd edək ki, Pyanqçanqda keçirilən Qış Olimpiya Oyunları fevralın 25-də yekunlaşır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=113775

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930