Millimiz Makedoniya ilə heç-heçə etdi – Video
Bu gün milli komandamız növbəti yoxlama oyununa çıxıb
Axar.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi yığmamız Antalyada Makedoniya millisi ilə qüvvəsini sınayıb. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.
“Mardan” stadionunda keçirilən görüşdə videotəkrar sistemindən istifadə olunub ki, bu da millimiz üçün bir ilkdir.
Qeyd edək ki, yığmamız 2018-ci ildə ilk sınaq matçında Moldova ilə qolsuz heç-heçə edib. İkinci görüşdə Belarusla qarşılaşan komandamız 0:1 hesabı ilə uduzub.
Short URL: http://www.cumhuriyyet.net/?p=116275