Cırtdan Musiqili Teatra Yeni il sərgüzəştləri ilə gələcək

22.11.2018 - 18:42

Hər zaman öz repertuarında uşaq tamaşalarına xüsusi yer verən Musiqili Teatr Yeni il bayramına görə, uşaqların tətil günlərində balaca teatr həvəskarlarının görüşünə Azərbaycan xalq nağılı “Cırtdan”ın motivləri əsasında hazırlanan “Cırtdanın sərgüzəştləri” musiqili nağıl tamaşası ilə gələcək.

Teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova Cumhuriyyet.net-ə bildirib ki, quruluşçu rejissoru Ayla Osmanova olan səhnə əsərində hadisələrin süjet xətti uşaqlıqdan hamımızın adət etdiyimiz “Cırtdan”dan fərqli məcrada cərəyan edir. Burada da Cırtdan öz dostlarını ətrafına toplayıb meşəyə odun yığmağa gedir.

Bəs, fərqlilik nədir? Onların rastına çıxan Div sehrlidir. O, əvvəlcə Meşə pərisi, sonra Dovşan və Odunçu baba cildlərinə girərək uşaqları aldatmağa nail olur və öz mağarasına aparır. Evlərində qurulan bayram şənliyinə tələsən Cırtdanın və onun dostlarının başına nə macəralar gəlir, uşaqlar Cırtdanın qoçaqlığı və ağlı sayəsində Divin tilsimindən necə xilas olurlar? “Cırtdanın sərgüzəştləri” tamaşasına baxanlar bu sualların cavabını tapa biləcəklər.

Qeyd edək ki, həm də tamaşada geniş istifadə olunan ibrətamiz kəlamlar, atalar

sözləri balaca tamaşaçıları böyüklərin sözünə qulaq asmağa, təbiəti sevməyə, ağacları sındırmamağa, dostluğa sədaqətli olmağa çağırır.

Səhnə əsərində rolları Əməkdar artist Novruz Əliyev, Məhərrəm Qurbanov, aktyorlar Gülnarə Əzizova, Gültac Əlili, Əmrah Dadaşov, Fərid Rzayev, Zaur Əliyev, Ruslan Mürsəlov, Eleanora Mehdiyeva, Nərmin Əliyeva, Murad Əliyev və Əli Kərimov ifa edəcək. Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, rejissoru assistenti Tamilla Aslanovadır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=124834

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031