Beynimizdə qorxu necə əmələ gəlir? – ARAŞDIRMA

17.03.2020 - 11:31

Alimlər insan beynində qorxu hissinin necə “möhkəmlənməsinin” səbəblərini araşdırıblar.

“Report” “Nature” jurnalına istinadən xəbər verir ki, araşdırmanı Kaliforniya Universitetinin bioloqları Cun-Hön ÇoVunq Bin Kim aparıblar.

Onlar beyində müəyyən hadisə ilə assosiasiya olunan qorxunun necə “möhkəmlənməsini” aydınlaşdırıblar. Beyində bu mexanizmə cavabdeh hippokamp və amiqdalanın olduğu müəyyənləşib.

Tədqiqatçılar bu nəticəyə siçanlar üzərində aparılan təcrübəyə əsaslanaraq gəliblər. Gərgin vəziyyətdə siçanların hippokampı baş verənlərə reaksiya verir və onları beyində kodlaşdırır, amiqdala isə müdafiə reaksiyasını qorxu formasında aktivləşdirir.

Araşdırmaçıların sözlərinə görə, onlar beyində müdafiə reaksiyasının belə qurulduğunu təxmin edirdilər, ancaq onlarda bunu təsdiq edən eksperimental nəticələr çatışmayıb.

Araşdırmanın sonucları onu göstərib ki, gələcəkdə hippokamp ilə amiqdala arasındakı neyron əlaqəsini zəiflətmək mümkün olarsa, insanlar öz qorxularını yaddaşdan “silə” biləcəklər. Bu, məsələn, müharibə və ya faciənin verdiyi posttravmatik stres pozuntusu olan insanlara lazım ola bilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=144128

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930