Braziliya futbol klubunun 16 oyunçusunda koronavirus tapıldı
Braziliyanın “Vasku da Qama” futbol klubunun 16 oyunçusunda koronavirus aşkarlanıb.
“Qafqazinfo” bildirir ki, bu barədə “O Globo” yazıb. Ümumilikdə Braziliya klubunun 43 oyunçusu koronavirus testindən keçib.
COVID-19 testi müsbət nəticələnmiş bütün futbolçular təcrid edilib. Bununla yanaşı, daha üç oyunçu artıq sağalıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=147562