“Yeni loqoda dədə-babamız yox, Vətənimiz göstərilib” – Ramin Musayev

25.08.2020 - 16:35

“Yeni loqomuzu bəyənənlər və bəyənməyənlər də oldu. Hər iki tərəf sağ olsun. Bəyənməyənlər ona görə sağ olsunlar ki, ən azından baxıblar. Bəyənənlər sağ olsunlar ki, fikrimizi oxuyublar. Mənə bir şey maraqlıdır ki, bu bəyənməyənlər niyə bəyənməyib? Bizim idarə orada dədə-babamızı göstərməyib”.

“Report”un məlumatına görə, bu fikirləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Neftçi TV-yə açıqlamasında Azərbaycan Premyer Liqasının yeni loqosu ilə bağlı danışarkən deyib.

O, yeni loqoda doğma Vətəni göstərdiklərini bildirib. Musayevin bunun siyasi məsələ olduğunu da diqqətə çatdırıb: “Biz Azərbaycanın xəritəsini göstərmişik. Videoda ölkənin xəritəsi əks olunur. Azərbaycanın yuxarıdan baxanda necə göründüyü nümayiş olunur. Qartal formasındadır və onu göstərmişik. Vaxtilə Azərbaycan başqa ölkələrdə tanınmayanda, deyirdilər haralısınız, deyirdik ki, azərbaycanlı. Bizə deyirdilər ki, Azərbaycan haradır? Amma Xəzər dənizinin adını çəkən kimi, deyirdilər ki, tanıdım. Biz də dənizimizi göstərmişik. Burada qeyri-adi nə var? Başqa nə göstərək?”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=152968

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930