Sinan Akçıl Azərbaycan üçün çağırış etdi: “Bir az daha hissiyyatlı olun”
Türkiyənin tanınmış sənətçisi Sinan Akçıl da Azərbaycan üçün dəstək nümayiş etdirib.
Musavat.com bildirir ki, müğənni Sinan Akçıl öz “İnstagram” səhifəsində Azərbaycanın işğaldan azad olunmuş ərazisində bayrağımızın dalğalandırıldığı kadrları paylaşaraq, qeyd edib: “Gerçək qəhrəmanlıq izləmək istəyirsinizsə, bu kadrlara baxın”.
Sinan Akçıl daha sonra Ermənistanın Gəncədə törətdiyi terrordan söz açıb, sənət dostlarını Azərbaycan üçün daha hissiyyatlı olmağa çağırıb: “Bütün qəlbimlə Gəncəyə keçmiş olsun deyirəm.
Azərbaycandan (mən də daxil) onlarla pul qazanmış, hər dəfə möhtəşəm qarşılanmış, sevgiyə boğulmuş müğənni dostlarım, siz də bir az daha hissiyyatlı olun!”.
Xatırladaq ki, Azərbaycanda vətən mübaribəsi başlayan andan Türkiyənin bir çox məşhur sənətçiləri, o cümlədən Murat Boz, Doğuş, Seda Sayan, Mahsun Kırmızıgül, Nebahat Çehre, Mustafa Ceceli, Alişan, Tuvana Türkay Azərbaycana dəstək mesajları veriblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=156097