“Şükür ki, Ağdamımıza qovuşduq” – ağdamlı Xalq artisti
Xalq artisti Nəzakət Teymurova Ağdamın işğaldan azad olunması ilə bağlı paylaşım edib.
Musavat.com xəbər verir ki, Ağdamdan olan sənətçi sevincini belə ifadə edib:
“Allahım, çox şükür bizi Ağdamımıza qovuşdurduğuna görə. Başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla ordumuza, şəhidlərimizə sonsuz minnətdarlığımızı bildiririk. Gözün aydın, Azərbaycan. Gözünüz aydın, ağdamlılar”.
Short URL: http://www.cumhuriyyet.net/?p=157549