“Həyatda olsaydın…” -Firəngiz Mütəllimovadan Yaşar Nuri ilə bağlı paylaşım
Xalq artisti Yaşar Nurinin vəfatından 8 il ötür.
Musavat.com bildirir ki, Xalq artisti Firəngiz Mütəllimova “İnstagram” səhifəsində mərhum sənətkarla bağlı paylaşım edib:
“Yaşar, Allah sənə rəhmət eləsin. Məkanın Cənnət olsun. Allah ailənə can sağlığı versin, elə yerin görünür ki… Qarabağ işğaldan azad olundu, Yaşar. Həyatda olsaydın mütləq indi əsgərlərimizin yanında idin. Heyf”.
Xatırladaq ki, Xalq artisti Yaşar Nuri 2012-ci ilin 22 noyabrında 61 yaşında dünyasını dəyişib.
Short URL: http://www.cumhuriyyet.net/?p=157682