“Səhnəyə çıx, tamaşaçıları fəth et” – Tünzalədən kateqoriyalı müğənni açıqlaması

12.02.2021 - 17:19

Xalq artisti Tünzalə Ağayeva “Fəlidən doğru xəbər” proqramının qonağı olub.

Musavat.com xəbər verir ki, Tunzalə “Müğənnilər özlərini kateqoriyalara bölürlər. Biri deyir, “A” kateqoriyalı müğənniyəm, konserti açacam.

O biri qayıdır ki, “B” kateqoriyayam, mən bağlayacam. Buna necə baxırsınız” sualına cavab verib:
“Çox pis, çıx işini gör, kateqoriyanı nə edirsən? Nə fərqi var? Sən səhnəyə çıx, tamaşaçını fəth et”.

Tünzalə xaricə konsertə gedəndə prodüserinə şərt qoymasından da danışıb. O, Fəlinin “Yalçın (prodüser Yalçın Cabbarov – red.) deyir ki, Tünzalə xaricdə olanda şərt kəsir ki, birinci oxumasam, səni işdən çıxaracam”,- sözlərinə,- “Düz deyir. İstəyirəm birinci oxuyum, çıxım şəhərdə gəzim”, -deyə cavab verib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161320

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930