Xaləddin İsgəndərovun bacısı oğlu generalı döydü

22.07.2015 - 01:52

Xaleddin2-300x224Son dövrlər Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun adı bir sıra qaranlıq olaylarda hallanmaqdadır. Bir müddət əvvəl Binəqədi rayonunda qanunsuz tikintilərlə, ev tikmək istəyən vətəndaşlardan məcburi şəkildə icra başçısına çatmaq üçün rüşvət alınması prosesini Ədalət adlı RİH müavini həyata keçirirdisə, məlum bina yanğınından sonra tutduğu vəzifədən azad olunduqdan sonra bu iş Binəqədi rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri olan Elşad Rəhimova həvalə olunub.

Bu dəfə isə fia.az saytı məlumat yayıb ki,, bir müddət bundan əvvəl Səbail rayonu ərazisində fəaliyyət göstərən Monolit Plaza adlı istirahət mərkəzində Binəqədi rayon icra başçısının bacısı oğlu Araz və digər qohumları Pərviz keçmiş vergilər üzrə mühim görəvlərdə olmuş, hazırda təqaüddə olan bir general(hələlik generalın tam kimliyini anonim saxlayırıq) arasında yaranmış mübahisə davaya çevrilib: “Dayısının icra başçısı olması və onları bu hadisənin nəticəsindən asılı olmayaraq qurtara biləcək şəxs kimi Xaləddin İsgəndərova arxalanmış Araz həmin generalı döyməyə sövq edibdir. Yaranmış insidentlə bağlı Səbail RPİ-də cinayət işi başlanmasına, ictimai yerdə xuliqanlıq hərəkətləri edən Binəqədi rayon icra hakimiyyəti başçısı Xaləddin İsgəndərovun qohumları cinayət məsuliyyətinə cəlb olunmadılar, dayısının gücü sayəsində ölkənin bir generalı hər kəsin gözü qarşısında döyülməyinə baxmayaraq onlar sərbəst buraxıldılar. Hazırda insanlara qarşı zor işlətməkdən belə, çəkinməyən bu Araz adlı şəxs Xaləddin İsgəndərovun gücünə və parasına arxalanmaqla bu kimi hərəkətlərini davam etdirməkdədir. Ən qəribəsi isə odur ki, hər davasında dayısının onu tənbeh etməsi əvəzinə ona arxa çıxmasıdır”.
Mövzu diqqətimizdədir.

P.S. Binəqədi RİH-nin təsərrüfat şöbəsinin müdiri Elşad Rəhimovun ev tikintisi ilə bağlı vətəndaşlardan necə rüşvət istəməsi, tikilən evin mərtəbəsinə uyğun hansı məbləğdə pul tələb edərkən, onunla vətəndaş kimi söhbət edərək gizli reportaj hazırlayan əməkdaşımız oldu və növbəti yazıda bu barədə geniş məlumat verəcəyik. Eyni zamanda o, bu kimi qaranlıq fəaliyyəti Rəfail, Samir, Nicat adlı şəxslərin vasitəsilə həyata keçirməsinə geniş işıq salacağıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28613

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930