Azərbaycana gələn ərəb turistlərin sayı artıb

23.05.2016 - 20:13
rrBirləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn turistlərin sayı 27 dəfə artıb.
Bunu virtualaz.org saytına Mədəniyyət və Turizm Nazirliyindən deyiblər. Xəbərdə bildirilir ki, apreldə BƏƏ-dən ölkəmizə səfər edənlərin sayı 2500-ü ötüb.
Qeyd edək ki, ötən ilin noyabrından BƏƏ vətəndaşları üçün sadələşdirilmiş viza rejimi tətbiq edilir.
2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Atlantis Holidays” MMC şirkəti arasında “Körfəz əməkdaşlıq ölkələri – bazar əlaqələrində iştirakın istiqamətlənməsi və ictimai əlaqələr xidmətinin təmin edilməsi haqqında” müqavilə imzalanıb.
Nazirlikdən onu da deyiblər ki, ötən il Fars körfəzi ölkələrindən Azərbaycana gələn xarici vətəndaşların sayı 16.1 faiz artıb. BƏƏ-dən bu ilin ilk 4 ayı ərzində gələn xarici turistlərin sayı 6 624 olub.
Bu ilin fevralkından Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşlarına Azərbaycanın bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin edilib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=64861

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930