Azərbaycan yeni baş məşqçi gətirir

24.05.2016 - 14:32

hurnaTürkiyənin tanınmış futbol mütəxəssisi Süleyman Hurma Azərbaycan yığmasının baş məşqçisi ola bilər. ANS PRESS-in məlumatına görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA-nın) məşqçiyə təklif göndərdiyi iddia olunur. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, AFFA prezidenti artıq məşqçi ilə anlaşmaq üçün görüş vaxtı da təyin edib. Süleyman Hurma AFFA rəhbərliyi ilə mayın 28-də Avstriyada görüşəcəyi qeyd olunub. Milli komandamız bu ölkədə yoldaşlıq oyununda Makedoniya və Kanada yığması ilə qarşılaşacaq.

Robert Prosineçki - məşqçi

Ötən il AFFA İcraiyyə Komitəsinin keçirilən iclasında milli komandanın baş məşqçisi postuna Robert Prosineçki təsdiqlənib. Onunla üç il müddətinə müqavilə imzalanıb. O, bu vəzifədə Berti Foqtsu əvəzləyib.

Süleyman Hurma 1964-cü ildə dünyaya gəlib. Hurma bir neçə türk klublarında məşqçi və komandanın rəhbərlik vəzifəsində çalışıb. Mütəxəssis “Trabzonspor”da idman direktoru postunda çalışıb “Kayserispor” klubunun baş meneceri vəzifəsində olan məşqçi “Erzurumspor” və “Samsunspor”da rəhbərlik heyətində olub. Süleyman Hurma bir müddət qəzetdə idman jurnalisti olub.

Sonuncu milli komandaların FİFA reytinqi mayın 6-da açıqlanıb. Azərbaycan yığması siyahıda 133-cü yerdə qərarlaşıb. Robert Prosineçkinin yetirmələrinin aktivində 269 xal var.

Yığma komandanın 1 pillə irəliləməsinin səbəbi son iki yoldaşlıq görüşündə məğlub olmamasıdır. Milli komanda Makedoniya və Andorra yığması ilə görüşüb. Hər iki oyun qolsuz heç-heçə ilə bitib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=64949

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930