Vadiyə ekzotik səyahət- TƏƏSSÜRATLAR + VİDEO + FOTO

30.11.2016 - 15:46

teyyareBu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinə səfərimiz oldu.

Səfər zamanı xoş təsüratlarla yanaşı, yeni dostluqlar qazandıq, yeni məkanlar gördük. Hər gəzinti bir gözəllikdən, yenilikdən xəbər verirdi. Səyahəti gözəlləşdirən məqamlardan biri də getdiyimiz Ras Əl Xaima şəhərində Azərbaycanın yay havası olması idi.dsc_0149
Başqa ölkəyə səfər edərkən yol yorucu ola bilər, ancaq 5 ulduzlu Qatar hava yollarının təyyarələrinin rahatlığı Ələddinin sehirli xalçasındakı kimi rahat idi. Dünyanın 10 ən yaxşı hava limanları siyahısında olan Doha da yerləşən “Hamad” Beynəlxalq Aeroportunda Doha- Ras Əl Xaima təyyarəsini gözləyərkən böyük ticarət mərkəzini gəzmək vaxtı su kimi apardı.
Nəhayət Ras Əl Xaimaya çatdıq. Ümumiyyətlə, demək olar kı, səhra ortasında salınan gözəl şəhər hamını heyrətləndirirdi. Qaldığımız “BanyanTri” adlanan ailəvi istirahət məkanının gözəlliyi zövq verirdi. Neft gəlirləri ilə cənnət kimi istirahət məkanı tikilib. Dünyanın hər yerindən gəlmiş insanları görmək olurdu. Qış aylarında bu gözəl məkanda qalmaq xüsusi bir hadisə idi.dsc_0004
Ras Əl Xaimada ilk səfər eramızdan əvvələ aid olan Dayah buxtasındakı Qalaya oldu. Müharibəyə qarşı tikilən bu tarixi yer heç də Misir ehramlarından geri qalmır. Tarixi sevən hər kəsə gəlməyi məsləhət görürəm.

 

BanyanTri istirahət mərkəzində ox atmaqda ilk iki atış zamanı hədəfi dəqiq vurmağım yanımdakı Fransa vətəndaşını təəcübləndirmişdi, çünki ilk dəfə ox atdığımı nəzarətçiyə söyləmişdim.dsc_0180 Ona Azərbaycanlı olduğumu və hər azərbaycanlının anadangəlmə döyüş sənətində mahir olduğunu söylədim.
Müxtəlif millətlərin nümayəndələri ilə söhbətlərdə Azərbaycanda Multikulturalizm ili olmasını qeyd etməyim onlara maraqlı gəlirdi. Azərbaycan haqqında maksimum məlumat verib, müəyyən qədər turistlərin diqqətini ölkəmizə çəkmək istəyirdim.
Ən maraqlı hadisələrdən biri də Falkon adlanan quş idi. İnsanı belə yeyə bilən saatda 380 km sürətlə uça bilən quşla bir xanımın tamaşası maraqlı idi. Şahinə oxşayan bu quşla şəkil şəkdirmək üçün insanlar növbədə dayanmışdı.dsc_0230
Müxtəlif heyvanları canlı görmək, gözəl restoranlar, təcrübəli işçi qüvvəsi ölkədə turizm sektoru üçün hər cür imkanların olduğundan xəbər verirdi. Bu cür turizm məkanlarına ölkəmizdə də ehtiyac var və bunun üçün hər bir şərait var. Ümid edirəm ki, gələcəkdə ölkəmizdə bu sahə inkişaf edəcək.

Bu cür yerləri görmək üçün Ras Əl Xaimaya getməyəcəyik, elə hansısa rayonumuza gedəcəyik.
Səfər zamanı göstərdiyi xidmət və bütün keyfiyyətlərinə görə “Qatar Hava Yolları”na dərin təşəkkürümü bildirirəm.

dsc_0108

 

Vüqar Ağamalıoğlu Quliyev

Today`s Baku

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=83428

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031