“Bavariya” “Real”ın yarımmüdafiəçisini icarəyə götürdü

11.07.2017 - 23:34

Münhenin “Bavariya” klubu Madridin “Real” komandasının yarımmüdafiəçisi Xames Rodriqesi icarəyə götürüb

Cumhuriyyet.net-in xəbərinə görə, bu barədə alman klubunun rəsmi saytında məlumat verilir.

İcarə müddəti iki ildir. Goal.com portalının məlumatına əsasən, bu müddət ərzində “kral” klubu 10 milyon avro alacaq.
Müqavilənin müddəti bitdikdən sonra (2019-cu il), “Bavariya” futbolçunu 35,2 milyon avroya ala biləcək.

Qeyd edilir ki, Xamesin komandaya cəlb olunması klubun baş məşqçisi Karlo Ançelottinin istəyidir.

Xames Rodriqes 2014-cü ildən “Real”da çıxış edir. Hücumçu “kral” klubunda iki dəfə Çempionlar Liqasının qalib olub. Madrid klubunda 111 oyun keçirən 25 yaşlı yarımmüdafiəçi 36 qol vurub və 41 məhsuldar ötürmə edib.

cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=96333

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930