“Qarabağ”ın rəqibini tanıyaq

22.06.2015 - 17:27

97612Artıq Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələsinin püşkü atılıb. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” Monteneqronu təmsil edən “Rudar” klubu ilə 2-ci təsnifat mərhələsində üz-üzə gələcək.
1955-ci ildən adı “Rudar” olan klub ondan əvvəl müxtəlif adlar altında fəaliyyət göstərib. Klub 1920-ci ildə bu Plevli şəhərində yaranıb. Adı “Brejnik” olan komanda 3 il sonra “Sancaq” adı altında fəaliyyətini davam etdirir. 2-ci Dünya müharibəsindən sonra isə “Yedinstvo” (“Birlik”) adı altında çıxış etməyə başlayan klub 1955-ci ildən müasir adı il faəliyyətini davam etdirir. Bu adın tərcüməsi isə “Şaxtaçılar”dır.
2006-cı ildə qurulan Monteneqronun əsas liqasında mübarizə aparan klubun ən böyük uğuru elə bu ilə təsadüf edir. Ölkə çempionatında birinci yeri tutan komanda məhz Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb.
Hazırda klubun rəhbəri Duşko Sariçdir. Komandanın çalışdırıcısı isə Mirko Mariçdir.
“Rudar” oyunlarını “Qradski Arena”da oynayır. Stadionun tutumu isə 10 min nəfərdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=26930

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930