Quranın ən qədim əlyazması tapılıb

23.07.2015 - 10:27

imagesBirmingham Universitetinin əməkdaşları onların kitabxanasında saxlanılan əlyazmaların Quranın ən qədim nüxsəsi olduğunu deyir.
Universitet araşdırmaçılarının apardığı radiokarbon analizi göstərib ki, əlyazmaların ən azı 1370 yaşı var, bu isə, Quranın indiyə qədər tapılmış ən qədim nüxsəsidir.
Müsəlmanların müqəddəs kitabının səhifələri təxminən bir əsrdir ki, kitabxanadadır.
Britaniya Kitabxanasının əlyazmalar üzrə mütəxəssisi Dr Muhammad Isa Waley deyib ki, belə “həyəcanverici tapıntı” müsəlmanları “fərəhləndirə” bilər.
Əlyazma Orta Şərq kitab və sənədləri kolleksiyasına saxlanılırdı. Tədqiqatçılardan biri araşdırma apararkən bu əlyazmaya dərindən baxmaq istəyib və radiokarbon analizi aparıb, nəticə “təəccübləndirici” olub.
Oxford Universitetinin RadioKarbon Analiz Şöbəsinin apardığı testlərin nəticələrinə görə, əlyazma qoyun, ya da keçi dərisi üzərində 95 faiz ehtimalla hicri təqvimi ilə 568-645-ci illər arasında yazılıb.
“Bu bizi Islamın yarandığı dövrə apara bilər”, Universitetin Xristianlıq və Islam üzrə professoru David Thomas deyib.
“Islam inancına görə, Məhəmməd Peyğəmbər Quran ayələrini 610 və 632-ci illər arasında alıb”.
Professor Thomasın sözlərinə görə, tapıntılar göstərir ki, əlyazmanı yazan şəxs Məhəmməd Peyğəmbərin zamanında yaşayıb.
“Ola bilər ki, əlyazmanı yazan şəxs Məhəmməd Peyğəmbəri tanıyıb, görüb və onun xütbələrində iştirak edib”.
Əlyazmanı Universitetə başqa kitablarla birgə 1920-ci ildə Iraqda doğulmuş Alphonse Mingana təqdim edib. (BBC azeri)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28697

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930