Aygün Bəylərin qardaşının ömürlük həbs olunması istənildi

05.10.2017 - 22:54

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.

Cumhuriyyet.net Report-a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin hüquqi varisinin nümayəndəsi Bəylər Məmişov müdafiə çıxışı edib.

O, təqsirləndirilən şəxslərin barəsində irəli sürülmüş ittihamların tam sübuta yetirildiyini deyib: “Cəza məsələsinə gəldikdə isə dövlət ittihamçısı ilə razılaşmırıq. Biz təqsirləndirilən şəxslərə ömürlük cəza verilməsini tələb edirik”

Hazırda məhkəmə iclası davam etdirilir.

Onu da əlavə edək ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında əməkdar artist Aygün Bəylərin qardaşı, A.Hümmətovun 19 il yarım, F.Məmmədzadənin 20 il, R.Əsirovun 20 il, E.Alxasovun 20 il, E.Əsədovun 18 il və C.Alxasovun isə 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=100369

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031