“Sumqayıt”dan inamlı qələbə – “Qarabağ”ı kubokdan kənarlaşdırdı-VİDEO

15.12.2017 - 23:02

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Qol.az-ın xəbərinə görə, keçirilən iki oyunla bütün yarımfinalçılar bəllli olub.

Günün ilk oyununda “Səbail” “Qəbələ”ni qəbul edib. Öz meydanında keçirilən ilk oyunda 1:0 hesablı qələbə qazanan “Qəbələ” cavab matçında da 4:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Roman Qriqorçukun komandası yarımfinalda “Neftçi” ilə qarşılaşacaq.

Digər görüşdə – ilin son qarşılaşmasında isə “Qarabağ” “Sumqayıt”ın qonağı olub. Oyun “Sumqayıt”ın sensasiyalı qələbəsi ilə nəticələnib – 2:0. Beləliklə, son üç mövsümdə “qızıl dubl” edən “Qarabağ” gözlənilmədən kubokla vidalaşıb.

15 dekabr (cümə)

19:00.“Sumqayıt” – “Qarabağ” – 2:0
Qol: Kamal Mirzəyev, 22, Amil Yunanov, 90
İlk oyun – 1:2
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Namiq Hüseynov, Elvin Əsgərov
“Kapital Bank Arena”

16:00.“Səbail” – “Qəbələ” – 2:4
Qollar: Adrian Popoviçi, 16 (1:0), Filip Ozobiç, 22 (1:1), Ruslan Qurbanov, 44 (1:2), Famussa Kone, 56 (1:3), Baqali Dabo, 75 (1:4), Elman Taqayev, 78 (2:4)
İlk oyun – 0:1
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Nail Nağıyev
“Bayıl Arena”

14 dekabr (cümə axşamı)

“Neftçi” – “Zirə” – 2:0
İlk oyun – 0:1

“Kəpəz” – “Keşlə” – 2:3
İlk oyun – 0:2

Yarımfinal cütlükləri

“Keşlə” – “Sumqayıt”

“Neftçi” – “Qəbələ”

Yarımfinallın oyunları 11-18 aprel tarixlərində keçiriləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=107495

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930