Bakıda kafedə partlayış nəticəsində yaralanan şəxslərdən biri xəstəxanada ölüb

22.05.2018 - 12:39

Bakıda kafedə partlayış nəticəsində ağır yanıq xəsarətləri alan 44 yaşlı Natiq İbrahimov müalicə aldığı xəstəxanada vəfat edib.

Bu barədə “Report”a Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasının nəzdində fəaliyyət göstərən Yanıq Şöbəsinin müdiri Şöhrət Məmmədov məlumat verib.

O bildirib ki, yaralı gecə saat 2 radələrində dünyasını dəyişib.

Ş.Məmmədov qeyd edib ki, digər yaralı 53 yaşlı Şəkər İbrahimovanın vəziyyəti isə ağır olaraq qalır: “Hazırda qadının müalicəsi reanimasiya şöbəsində davam etdirilir”.

Qeyd edək ki, mayın 21-də Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) kafenin içərisində propan qaz balonu partlayıb. Nəticədə tikilinin yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1969-cu il təvəllüdlü İbrahimova Gülənaz Rəhim qızı və 1963-cü il təvəllüdlü Saatov Söhrab Yusif oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib. Daha 2 nəfər, 1965-ci il təvəllüdlü İbrahimova Şəkər Xosrov qızı və 1974-cü il təvəllüdlü İbrahimov Natiq Zahid oğlu müxtəlif yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=119189

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930