Dərnəgüldə yanğın – Bakını qara tüstü bürüdü, yollar bağlandı – FOTOLAR
Bakının Dərnəgül şossesi ətrafında yerləşən tikinti malları bazarında yanğın baş verib. Musavat.com-un hadisə yerində olan əməkdaşı xəbər verir ki, FAB ticarət mərkəzinin yaxınlığındakı obyektlərdən biri yanır. Ehtimal olunur ki, yanğın tikinti üçün rəng (kraska) satan dükanlardan birində baş verib. Hazırda Dərnəgül şossesində yollar bu səbəbdən tıxacdır.
Musavat.com əməkdaşlarımızın çəkdiyi foto və videonu təqdim edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=120557