Cüdo üzrə DÇ: Daha bir medal ümidimiz puç oldu

25.09.2018 - 13:32

Azərbaycanın daha iki cüdoçusu Bakıda keçirilən dünya çempionatı ilə vidalaşıb.

Oxu.Az xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan Zelim Kostoyev elə ilk görüşündə uduzub.

Osetin legionerimiz isveçli Yoaxim Dvarbinin saxlama fəndi qarşısında aciz qalıb.

2009-cu ildə Ermənistanın paytaxtı Yerevanda keçirilmiş gənclərin Avropa çempionatında himnimizi səsləndirmiş Elmar Qasımov isə 1/32 finalda İsveçi təmsil edən Martin Patsekə və 1/16 finalda monteneqrolu Danilo Pantiçə qalib gəlib. Lakin Olimpiada, dünya və Avropa çempionatlarının mükafatçısı 1/8 finalda gürcüstanlı Varlam Lipartelianiyə ipponla uduzub.

Qeyd edək ki, sabah fərdi yarışlarda son gündür. İki legionerimiz – kişilərdə gürcüstanlı Uşanqi Kokauri (+100 kq) və qadınlarda ukraynalı İrina Kindzerskaya (+78 kq) mübarizə aparacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=122945

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930