Nazimi şikəst edən klinikada xəstə öldü – Açıqlama

05.10.2018 - 16:12

 

 

 

 

 

 

Bakıda klinikada ölüm hadisəsi baş verib. Cumhuriyyet.net Trend-ə istinadən xəbər verir ki, hadisə “Elmed” Klinikasında baş verib.

1963-cü il təvəllüdlü Əliyev Himayil Əli oğlu oktyabrın 4-də səhər saat 11 radələrində “öd daşı və kəskin kalkulyoz” diaqnozu ilə “Elmed” Klinikasına daxil olub və əməliyyata götürülüb.

H.Əliyev əməliyyatdan sonra həmin gün axşam saat 21 radələrində dünyasını dəyişib.

Ölümün səbəblərini müəyyənləşdirmək üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizasına təqdim edilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə cinayət işi başlanıb.

Xatırladaq ki, bir müddət öncə tanınmış müğənni Nazim Pişyarinin (Faytonçu Nazim) səhhətində bu klinikada üzləşdiyi həkim səhlənkarlığı ucbatından ciddi problemlər yaranmışdı və rezonans doğuran məhkəmə çəkişmələrinə səbəb olmuşdu.

 

“Elmed” klinikasının mətbuat xidmətinin rəhbəri Yusif Osmanlı Axar.az-a açıqlamasında bildirib ki, xəstənin ölümünə səbəb başqa xəstəlik ola bilər:

“Əliyev Himayil Əli oğlu təxminən saat 13:30 radələrində “Elmed” Tibb Mərkəzində öd kisəsindən əməliyyat olunub. Əməliyyat ümumilikdə 30-35 dəqiqə çəkib. H.Əliyev saat 14 radələrində əməliyyatdan çıxarılaraq palataya yerləşdirilib. Onun səhhəti qaydasında olub, hətta yaxınları ilə də görüşüb.

Saat 20-21 radələrində halı qəfildən pisləşib və dünyasını dəyişib. Əməliyyatla ölüm arasında 6-7 saata qədər vaxt keçib.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası ölüm səbəbini müəyyənləşdirmədiyi üçün hadisə ilə bağlı konkret fikir bildirə bilmərik.

Həkimlərimiz ehtimal edir ki, xəstənin halının qəfil pisləşməsinin səbəbi ya infarkt, ya da damarların tutulması ilə əlaqəli ola bilər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=123434

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930