Akademik Musiqili Teatrın konsertmeysteri mükafata layiq görülüb

27.04.2019 - 21:26

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) bu təhsil ocağının 90 illik yubileyinə həsr edilmiş “Vera Arte” – Konsertmeyster Ustalığı üzrə I Respublika Müsabiqəsi keçirilib.

Xoreoqrafiya sənəti üçün yüksəkixtisaslı konsertmeysterlərin hazırlanması və üzə çıxarılması məqsədilə təşkil olunan müsabiqədə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının konsertmeysteri Arzu Hüseynova da uğurla iştirak edib və II dərcəli “Diplom”la mükafatlandırılıb.

Qeyd edək ki, Hüseynova Arzu Aruz qızı 2008-ci ildə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecini bitirib. 2012-2016-ci illərdə Baki Musiqi Akademiyasında “İnstrumental ifaçılıq” (fortopiano) ixtisasına yiyələnib, BMA-ni bitirdikdən sonra elə həmin il Bakı Xoreoqrafiya Akademiyasında öz ixtisası üzrə magistraturaya qəbul olunub. 2017-ci ildə Abşeron rayonu Mehdiabad Uşaq Musiqi Məktəbində çalışmağa başlayıb.

Bir çox müsabiqə və festivallarların lauretı olan Arzu Hüseynova ötən ildən Akademik Musiqili Teatrda balet truppasında konsertmeysterlik edir və indiyə qədər müxtəlif tamaşalarda iştirak edib.

Cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127950

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930