Bakıda yol qəzası baş verib, ölən və yaralanan var
Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, qəza zamanı hazırda şəxsiyyəti məlum olmayan şəxs ölüb.
Eyni zamanda Kürdəmir rayonu Sığırlı kənd sakini, 1988-ci il təvəllüdlü Ağamalıyev Qürbət Novruz oğlu ağır xəsarət alıb.
Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.
Short URL: http://www.cumhuriyyet.net/?p=129836