10 gün görünməyəndə “öldü” deyirlər – Berdımühəmmədov hardadır?

22.07.2019 - 11:16

Postsovet məkanında Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədovun öldüyü barədə xəbəri yaymayan KİV qurumu qalmadı. Bu barədə yalnız o nəşrlər yazmadılar ki, onlar bu gün işləmirdilər. Qalan hamı bir-birindən kopi-peyst edərək Berdımühəmmədovun “halvasını çalıb, aşını yedilər”.

Xəbəri Rubayev adlı bir politoloq yaymışdı, Türkmənistanın Moskvadakı səfiri təkzib elədi. Səfirlikdən TASS-a deyiblər ki, bu xəbər tamamilə yalandır. Yenə “qismən yalandır” desələr, anlamaq olardı ki, Berdımühəmmədov naxoşlayıb, ya da yenə atdan yıxılıb, öldü-qaldısı 50:50-yədir. Amma “tamamilə yalandır” söhbəti vəziyyəti dəyişir. Bu cümlənin altında “nəinki ölməyib, hətta kələ kimidir” fikri yatır.

Image result for qurbanqulu berdımühəmmədov

Bu cür xəbərin yayılmasının günahı, əlbəttə ki, prezidentin özündədir. O, məzuniyyətə çıxsa da, xalqın gözünün qabağında olmalıdır: dənizdə çimirsə, mütləq kameraların qabağında o tərəfə-bu tərəfə üzməlidir; dağ başında dincəlirsə, televiziya operatorları onun kanata mindiyini çəkməlidirlər; uşaqlarıyla birlikdə əsl türkmən-tərəkəmə oğlu kimi ət doğrayb kabab bişirirsə, operatorlar onun gözünü tüstüdən qıya-qıya manqalı yelpiklədiiyni lentə almalıdırlar; gitarasını götürüb talvar altında rep oxuyursa, xalq onu da görməlidir; daş üstünə qoyduğu butulkaya tapançadan atəş açırsa, yenə də görüntülənməlidir və xalq bilməlidir ki, onun rəhbəri sağ-salamatdır.

Image result for qurbanqulu berdımühəmmədov

Hərçənd burda bir məqam da var: bəlkə bu cür görüntülər ayın 20-də çəkilib və bu gün də 21-dir, onda necə olsun? Sual çıxa bilər, bəlkə prezident telekadrlara çəkiləndən sonra atdan yıxılıb, halı pisləşib? Onun da çarəsi var. O, xəbərlər bülletenlərinin çəkiliş qrupu tərəfindən hər gün səhər də videoya çəkilməlidir, günorta da, axşam da.

Image result for qurbanqulu berdımühəmmədov

Dövlət televiziyasının işinin adı nədir, xəbərlərin səhər, günorta və axşam buraxılışlarında “Prezident göldə üzdü”, “Berdimühəmmədov at çapdı”, “Türkmənbaşı gitara çaldı” və “Prezident internet vasitəsilə dünya və ölkə xəbərlərini izlədi” kimi videosüjetlər verə bilməzmi?

Image result for qurbanqulu berdımühəmmədov

Yoxsa gündə on beş saat xalqın gözünün qabağında, ekranında, efirində, qəzet səhifələrində olan adam birdən-birə 10 gün ərzində ortalıqda görünməyəndə, əlbəttə, onun “ölüb” xəbərləri çıxmalıdır. Xalqın son 13 ildə Berdımühəmmədovsuz günü olmayıbsa, birdən-birə olursa, belə qaramat düşüncələrə düşməsi təbiidir.

Image result for qurbanqulu berdımühəmmədov

Amma şəkkak adamlar səfirliyin açıqlamasından sonra yenə də quşqulanırlar: “Od olmasa, tüstü çıxmaz”.

Nə bilmək olar? Bəlkə doğrudan da Türkmənistan prezidentinin səhhətində təbəddülat var?

Hər halda o boyda rəsmi səfirlik, ciddi bir dövlət strukturu bu miqyasda yayılan xəbəri rəsmən təkzib edirsə, o deməkdir ki, o xəbər doğru olabilməz. Bunun üstündən sabahda-biri gündə Berdımühəmmədovun doğrudan da rəhmətə getməsi xəbəri yayılsa və təsdiqlənsə, onda gərək Türkmənistanın Moskvadakı səfirliyi bayrağını da götürüb Rusiya paytaxtından getsin.

Image result for qurbanqulu berdımühəmmədov gitara

Hazırda bizim antenlər Türkmənistanın dövlət televiziyasını tutsa, oturub baxardıq: bu gün Qurbanqulunu əl-əlbət göstərəcəklər. Yox, göstərməsələr, demək, kişinin başında mühəqqəq bir iş var və xalqa göstərməli gündə deyil.

Bəs necə oldu ki, bu təsdiqlənməmiş xəbər postosvet məkanının ən öndə gedən qəzetlərinin saytlarında, portallarında yer aldı? Adətən, belə şey eləməzdilər. Neçə dəfə olub ki, Mixail Qorbaçovun, Alla Puqaçovanın ölüm xəbərləri yayılıb, amma Lenta.ru-nu açıb baxmışıq ki, elə bir xəbər yoxdur. “Lenta.ru-da yoxdursa, demək ölməyiblər, dezinformasiyadır”,- deyə dezinformasiya yayanların sırasında olmamışıq. Bu dəfə isə Berdımühəmmədovun ölüm xəbərini elə Lenta.ru yaymışdı.

Necə deyərlər, ayıb, ayıb.

Uzun sözün kəsəsi, Qurbanqulu əkə ölübsə, Allah rəhmət eləsin, sağdırsa, ömrü uzun olsun. Saçına hələ dən düşməmiş adamdır, niyə ölsün ki?

Image result for qurbanqulu berdımühəmmədov gitara

P.S. Şeytan deyir, “dən düşməmiş saç” məsələsini çox qabartma, onda olan boyadan səndə olsa, sənin də saçın qapqara şəvə kimi olar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=129936

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930