Bakıda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, Bakı şəhəri Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında şaxta boyunca kommunikasiya xətləri və elektrik naqilləri 42 p.m yanıb. Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub və yanğın söndürülüb.
Short URL: http://www.cumhuriyyet.net/?p=131568