Bu sığorta şirkəti müştərilərə ödəniş etməkdə çətinlik çəkir

06.09.2019 - 15:38

Mətbuatda ayrı-ayrı müştərilərin “Standart İnsurance”lə bağlı şikayətlərinə kifayət qədər tez-tez rast gəlinir.

“AzPolitika.info” xəbər verir ki, sığorta bazarında kifayət qədər kiçik paya malik olan və qətiyyən liderlər sırasına daxil olmayan “Standart İnsurance”-in cari ilin ilk yarısına aid göstəriciləri şirkətin vəziyyətinin ürəkaçan olmadığından xəbər verir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı 2019-cu ilin yanvar-iyul ayları üzrə sığorta şirkətlərinin göstəricilərinə diqqət yetirdikdə görünür ki, “Standart İnsurance” şirkətinin bu ilin yanvar-iyul ayları ərzində sığorta yığımları 7 mln 157 min manat olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 mln 550 min manat və ya 17.8% azdır.

Qeyd edək ki, sığorta yığımının həcmi istənilən sığorta şirkəti üçün əsas göstəricidir. Və bu göstərici üzrə 20 faizə yaxın geriləmə müşahidə olunması olduqca mənfi haldır.

Bununla yanaşı, təəssüf ki, həmin dövrdə şirkətin sığorta yığımları azaldığı halda, ödənişləri artıb. Belə ki, 2018-ci ilin yanvar-iyul aylarında 1 mln 944 min manat sığorta ödənişi edən şirkətin ödənişləri 479 min manat artıb və 2019-cu ilin müvafiq dövründə 2 mln 423 min manata çatıb.

Peşəkar sığorta eksperti İlkin İbrahimov isə «Standard İnsurance» şirkətinin hazırda problemlərlə üz-üzə qaldığını və müştərilərə ödəniş etməklə bağlı çətinliklərlə üzləşdiyini bildirib.

Ekspert FED.az-a bildirib ki, bir sıra aparıcı işçiləri şirkəti tərk edib və nəticədə müştəri məmnuniyyəti cəhətdən problemlər yaşanmağa başlanıb: «Hətta şirkətdə olduğum vaxt nümayəndəsi olduğum şəxsin sənəd qovluğunu 2 saat ərzində tapa bilmədilər. Bu, əlbəttə ki, çox üzücüdür».

Bununla yanaşı, qeyd edək ki, «Standard İnsurance» şirkəti 2019-cu ilin ilk 6 ayını mənfəətlə başa vurub. İlk yarım ildə şirkətin mənfəəti 226,8 min manat təşkil edib. Ötən ilin bu dövründə isə şirkət 374 min manat zərər etmişdi.

Əvəzində, ilk yarım ildə şirkətin aktviləri 2 milyon manatadək azalaraq, 17 321 min manatdan 15 milyon 353 min manata enib. Bu da cüzi mənfəətə baxmayaraq, şirkətin yavaş-yavaş “əridiyini” göstərir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=132596

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930