Neftçalada yol qəzası – Ölən və yaralananlar var
Neftçala rayonunda yol qəzası baş verib.
“Report” xəbər verir ki, hadisə bu gün günorta saatlarında Neftçala-Xolqaraqaşlı avtomobil yolunda qeydə alınıb.
Belə ki, “Mersedes” və “Lexus” markalı avtomobillər toqquşub. İlkin məlumata görə, ölən və yaralananlar var.
Faktla bağlı araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=132661